...

Dindarlar "Azərbaycan" nəşriyyatı qarşısında aksiya keçirib

Siyasət Materials 5 İyun 2006 18:23 (UTC +04:00)

İyunun 5-də 200-dən çox dindar "Azərbaycan" nəşriyyatı qarşısında etiraz aksiyası keçirib. Bu barədə Trend ə aksiyada iştirak edən "Cümə" məscidinin imam-camaatı İlqar İbrahimoğlu bildirib.

İ.İbrahimoğlu qeyd edib ki, aksiya konkret olaraq heç bir dini təşkilat tərəfindən təşkil olunmamışdı. O da vurğulanıb ki, onlar "Gün", "Nyu Fakt", "Lakin" qəzetləri və "Alatoran" jurnalında din xadimləri, islam müqəddəslərinin təhqir olunmasına etiraz ediblər. Aksiya iştirakçıları bir saat ərzində "İslama ləkə vuranlara ar olsun!" və "Allahu əkbər" şüarlarını səsləndiriblər.

İ.İbrahimoğlu onu da bildirib ki, aksiya icazəsiz keçirilsə də, polislər aksiyaya müdaxilə etməyiblər.

Onu da bildirək ki, sözügedən qəzetlərdə İranın dini liderləri Xomeyni və Xamneyinin karikaturaları dərc edilib, onlar barəsində təhqiramiz ifadələr işlədilib.

Xəbər lenti

Xəbər lenti