...

İyunun 27-də Heydər Əliyev və Atatürkün abidələri Bakıdan Ceyhana gətiriləcək

Siyasət Materials 22 İyun 2006 12:01 (UTC +04:00)

Dünya Azərbaycanlıları Qurultayının idarə heyəti Şurasının sədr müavini, "Mayns" cəmiyyətinin sədri Vaşar Kömürün rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Ceyhanda (Adana, Türkiyə) Türkiyə-Azərbaycan Dostluq Parkına baş çəkib. Bu barədə Trend Türkiyə KİV-nə istinadən xəbər verir.

Nümayəndə heyəti Ceyhan bələdiyyəsinin başçısı Hüseyn Sozlu ilə birgə iyulun əvvəlində açılması nəzərdə tutulan parka tamaşa edib.

Qeyd olunub ki, iyunun 27-də Bakıdan Adanaya Ceyhandakı parkda ucaldılacaq abidələr gətiriləcək. "Parkda Heydər Əliyev və Atatürkün abidələri ucaldılacaq. Bu, bizim üçün böyük şərəfdir", - deyə Hüseyn Sozlu bildirib.

Xəbər lenti

Xəbər lenti