...

Müdafiə naziri Səfər Əbiyev: "Azərbaycan iqtisadiyyatının inkişafı Silahlı Qüvvələrin daha da güclənməsi üçün geniş imkanlar açıb"

Siyasət Materials 15 Dekabr 2006 17:45 (UTC +04:00)

Dekabrın 15-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyənin Xüsusi Təyinatlı Qüvvələr komandanı, korpus generalı Servet Yörükü qəbul edib. Bu barədə Trend ə Azərbaycan Müdaifə Nazirliyindən məlumat verilib.

Azərbaycanın müdafiə naziri bildirib ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı geniş miqyaslı və çoxşaxəlidir. Nazir əlavə edib ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin istifadəyə verilməsi və Bakı-Tbilisi-Ərzurum qaz əmərinin inşa edilməsi gələcəkdə əməkdaşlığın daha da uğurlu olacağından xəbər verir.

Korpus generalı Servet Yörük ölkəmizə ilk dəfə gəldiyini, Azərbaycan Silahlı Qüvvələrinin inkişaf səviyyəsindən məmnun qaldığını deyib. Səfər Əbiyev Azərbaycan Silahlı Qüvvələrinin hazırda müharibə şəraitində olduğu, onun keçdiyini inkişaf yolu, təminatı, təchizatı haqqında qonağa məlumat verib. Nazir qonağı Azərbaycanda zabit heyətinin hazırlıq səviyyəsi ilə də bağlı məlumatlandırıb. S.Əbiyev qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin döyüş sursatı və hərbi texnika ilə təminatı istiqamətində çox mühüm işlər görülüb: "Azərbaycan iqtisadiyyatının getdikcə inkişafı Silahlı Qüvvələrin daha da güclənməsi üçün geniş imkanlar açıb".

Görüşdə hər iki dövlətin xüsusi təyinatlı qüvvələrinin hazırlığı ətrafında da müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti