...

Tovuza yeni içməli su xətti çəkiləcək

Siyasət Materials 18 Dekabr 2006 18:10 (UTC +04:00)

Tovuz rayonuna yeni içməli su xətti çəkilir. Trendin Qərb Bürosu rayon İcra hakimiyyəti başçısı Hamid Bağırova istinadən bildirir ki, yeni su xəttinin uzunluğu 42 kilometrdir. Xətt başlanğıcını Şəmkirin Zəyəm çayından götürəcək.

"Su Prezident İlham Əliyevin təşəbbüsü ilə çəkilir. Bu su xəttinin köməyi ilə rayonun 120-150 min əhalisini saf su ilə təmin etmək mümkün olacaq. Hazırda işlər Tovuzun Yanıxlı kəndində davam edir. Gələn ilin əvvələrinə su xəttini istifadəyə verməyi planlaşdırırıq" - deyə H. Bağırov bildirib.

Müsahib onu da əlavə edib ki, rayonda təsərrüfat sahiblərinin texniki suya olan tələbatlarını ödəmək üçün Tovuzçayın üzərində yeni bənd də inşa ediləcək.

Xəbər lenti

Xəbər lenti