...

"Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" qanuna dəyişikliklər ediləcək

Siyasət Materials 19 Dekabr 2006 18:20 (UTC +04:00)

Dekabrın 19-da Milli Məclisin Sosial siyasət daimi komissiyasının iclası keçirilib. Trend in məlumatına görə, iclasda komissiyanın sədri Hadi Rəcəbli əvvəlcə gündəlikdəki ilk məsələ - "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" qanuna dəyişikliklər və əlavələr edilməsi barədə məlumat verib. Qanuna təklif olunan əlavə və dəyişikliklərin açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrində cəza çəkən yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi, onların mənəvi-psixoloji durumlarının yaxşılaıdırılmasına xidmət etdiyi bildirilib. Qeyd olunub ki, dəyişikliklərdə fiziki gücün və xüsusi vasitələrin tətbiqi aradan qaldırılır.

Sonra komissiya üzvləri "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə" məsələyə baxmıblar.

Sonda deputatların və dəvət olunmuş mütəxəssislərin rəy və təklifləri nəzərə alınmaqla sənədlərin Milli Məclisin müzakirəsinə çıxarılması barədə qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti