...

ATƏT gələn ilin yayında Azərbaycanda iqtidarla müxalifət arasında danışıqlar təşkil edəcək

Siyasət Materials 21 Dekabr 2006 15:11 (UTC +04:00)

ATƏT gələn ilin yayında Azərbaycanda iqtidarla müxalifət arasında danışıqlar təşkil edəcək. Bu barədə Trend ə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva məlumat verib.

Qeyd edək ki, Bakıda səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri Kristian Ştohol QHT nümayəndələri ilə görüş keçirib. Görüşdə iştirak etmiş Arzu Abdullayeva qeyd edib ki, ATƏT rəsmisi ilə seçki məsələləri, iqtidar-müxalifət dialoqu və digər məsələlər müzakirə olunub. A.Abullayevanın sözlərinə görə, ATƏT gələn il Azərbaycanda ictimai-siyasi tərəfləri bir araya gətirməyi nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti