...

Türkiyə prezidenti Azərbaycanın dövlət başçısına zəng edib

Siyasət Materials 26 Dekabr 2006 20:32 (UTC +04:00)

Dekabrın 26-da Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.Türkiyə Prezidenti dövlətimizin başçısını keçmiş ad günü və qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edib, dost və qardaş Azərbaycan xalqının firavanlığı naminə fəaliyyətində uğurlar və cansağlığı arzulayıb. Bu barədə Trend xəbər verir.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib və Prezident Əhməd Necdət Sezərə qarşıdan gələn Yeni il bayramı münasibətilə təbriklərini çatdırıb.

Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə daim inkişaf etdiyini vurğulayaraq, əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə ediblər.

Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti