...

İtaliyanın beynəlxalq ticarət nizirinin müavini Bakıya səfər edəcək

Siyasət Materials 1 Fevral 2007 19:14 (UTC +04:00)

Bakıya İtaliyanın beynəlxalq ticarət nizirinin müavini Milos Budini səfər edəcək. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın İtaliyadakı səfirliyinin siyasi məsələlər üzrə məsləhətçisi Məmməd Əhmədzadə bildirib.

Onun sözlərinə görə, səfərin ilin birinci yarımilində həyata keçirilməsi planlaşdırılır. Səfər çərçivəsində xarici işlər, iqtisadi inkişaf nazirliyində və AZPROMO-da danışıqlar baş tutacaq. Görüşlər çərçivəsində ticarət-iqtisadi sahədə ikitərəfli münasibətlərin inkişafı perspektivləri müzakirə ediləcək.

O qeyd edib ki, ümumilikdə 2007-ci il iki dövlətin rəsmi şəxslərinin qarşılıqlı görüşləri ilə zəngin olacaq. Hazırda səfərlərin dəqiq tarixi və proqramları razılaşdırılır.

Xəbər lenti

Xəbər lenti