...

Maliyyə naziri: "Beynəlxalq Reytinq Təşkilatı yaxın günlərdə Azərbaycanın kredit reytinqini açıqlayacaq"

Siyasət Materials 5 Fevral 2007 18:12 (UTC +04:00)
Maliyyə naziri: "Beynəlxalq Reytinq Təşkilatı yaxın günlərdə Azərbaycanın kredit reytinqini açıqlayacaq"

Beynəlxalq Reytinq Təşkilatı yaxın günlərdə Azərbaycanın kredit reytinqini açıqlayacaq. Trend in məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov bildirib.

Maliyyə nazirinin sözlərinə görə, Beynəlxalq Reytinq Təşkilatı bir müddət əvvəl ölkəmizin kredit reytinqini açıqlayıb və yaxın günlərdə növbəti qiymətləndirmə elan olunacaq.

S.Şərifov onu da qeyd edib ki, hazırda beynəlxalq bazarlarda Azərbaycanın istiqrazlarının yerləşdirilməsi istiqamətində iş aparılır.

"Bu istiqrazların necə alınıb-satılması dünya bazarlarnında Azərbaycan iqtisadiyyatının necə qəbul olunduğunu, necə qiymətləndirdiyini göstərəcək", deyə maliyyə naziri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti