...

AMİP sədri: "Bəzi müxalifətçilərin iqtidarla dialoq adı altında pərdəarxası oyunları sadəcə gülünc görünür"

Siyasət Materials 7 Fevral 2007 13:26 (UTC +04:00)

"Bu gün hakimiyyətlə əməkdaşlığa can atan bəzi müxalifət partiyaları bir neçə il əvvəl hər şeyi bir kənara qırağa qoyub AMİP-in ideologiyasını müzakirəyə çıxarır, tənqid edir, bizi hakimiyyətlə əməkdaşlıqda günahlandırırdılar. Amma həmişə haqq öz yerini tapır və bu gün göründü ki, kimlər iqtidarın çaldığı havaya oynayır". Bu fikirləri Trend ə açıqlamasında müxalifətçi Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmov bildirib.

AMİP sədrinin sözlərinə görə, müxalifət partiyalarının iqtiarla əməkdaşlığa can atması gülünc görünür. A.Rüstəmovun fikrincə, Müsavat Partiyası ADP-nin hakimiyyətlə əməkdaşlıq etməklə bağlı mövqeyini tənqid etməkdə haqlıdır. A.Rüstəmov hesab edir ki, indiki hakimiyyətin hansısa müxalifət partiyası ilə əməkaşlığa getməsi inandırıcı görünmür: "Biz sağlam dialoqun tərəfdarıyıq və iqtidarla müxalifət arasında sivil dialoqun qurulması təklifini hamıdan əvvəl AMİP irəli sürüb. Amma dialoq adı ilə bu gün kimlərinsə pərdəarxası oyunları sadəcə olaraq gülünc görünür. "Azadlıq" blokunda olan partiyalardan AXCP-nin vəziyyətini, yəni, qərargah prloblemini başa düşürük. Ancaq ADP-də vəziyyət başqa cürdür. Hesab edirəm ki, hakimiyyət özünü gülünc vəziyyətə qoymaz"-deyə AMİP sədri vurğulayıb.

A.Rüstəmov onu da əlavə edib ki, heç bir partiyanın daxili işlərinə qarışmağın tərəfdarı deyil. İqtidarla müxalifət arasında dialoqun baş tutmasına gəldikdə, AMİP sədri qeyd edib ki, hər iki tərəfdən kimlərinsə arasında müvəqqəti dövr üçün danışıqlar aparıla bilər: "Lakin normal və həqiqi dialoq üçün hazırda heç bir əsas görünmür".

Xəbər lenti

Xəbər lenti