...

Malaziya hökuməti nümayəndə heyətinin Bakıya səfəri başlayıb

Siyasət Materials 14 Fevral 2007 12:17 (UTC +04:00)

Azərbaycan Milli Məclisindən Trend ə bildiriblər ki, fevralın 14-də Malaziya Nazirlər Kabinetinin naziri Məhəmməd Nəzri Əzizin rəhbərlik etdiyi nümayandə heyətinin Bakıya səfəri başlayıb.

Bu günkü səfər proqramına Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət, parlamentlərarası dostluq qrupu üzvləri ilə, Milli Məclis aparatı rəhbəri Səfa Mirzəyevlə görüş daxil edilib. Sabah M.N.Əziz Heydər Əliyev Fondunda olacaq, parlament sədri Oqtay Əsədovla görüşəcək.

Fevralın 16-də baş nazir Artur Rəsizadə ilə görüş və xalça muzeyinə ziyarət nəzərdə tutulur.

Səfər fevralın 17-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti