...

Azərbaycanın baş naziri Türkmənistanın yeni prezidenti ilə görüşüb

Siyasət Materials 14 Fevral 2007 16:53 (UTC +04:00)
Azərbaycanın baş naziri Türkmənistanın yeni prezidenti ilə görüşüb

Azərbaycanın baş naziri Artur Rəsizadə fevralın 14-də Aşqabadda Türkmənistanın yeni prezidenti Qurbanqulu Berdımuhammədovla görüşüb. Bu barədə Trend ə Azərbaycanın Türkmənistandakı səfiri Elxan Hüseynov bildirib.

Görüş Azərbaycan hökuməti başçısının Türkmənistanın yeni seçilmiş prezidentinin inauqurasiya mərasimində iştirakı çərçivəsində keçirilib. Görüş "tet-a-tet" aparılıb. Tərəflər əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

A.Rəsizadə Aşqabadda olduğu zaman həmçinin inauqurasiya mərasimində iştirak edən digər ölkələrin hökumət nümayəndə heyətlərinin başçıları ilə də, əsasən Rusiya Federasiyası baş naziri Mixail Fradkov, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Tacikistan prezidenti İmaməli Rəhmanov və başqaları ilə görüşüb.

Azərbaycan nümayəndə heyəti elə bügün Bakıya qayıdıb.

Xəbər lenti

Xəbər lenti