...

AMİP-in İran səfirliyi qarşısında piket keçirmək cəhdi baş tutmadı

Siyasət Materials 16 Fevral 2007 14:06 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fevralın 16-da İranın Bakıdakı səfirliyi qarşısında piket keçirmək cəhdi baş tutmadı. Trend in məlumatına görə, polis əməkdaşları AMİP-çilərə səfirliyin binasına yaxınlaşmağa imkan vermədilər.

İran səfirliyinin binasının ətrafı piketin təyin olunduğu vaxtdan əvvəl polislər tərəfindən nəzarətə götürülmüşdü. Piketə cəhd göstərən AMİP-in bir neçə nəfər üzvünu polis əməkdaşları səfirliyin yaxınlığında - Bakı Şəhər İcra Hakimiyyətinin binası ilə üzbə-üz tində saxladılar və piketçilərin əllərindəki plakatları aldılar. Aksiyanın qətnaməsinin oxunmasına da imkan verilmədi və 3 nəfər AMİP-çi saxlanılaraq polis bölməsinə aparıldı.

Xatırladaq ki, AMİP Güney Azərbaycanda milli hərəkat fəallarının İran hakimiyyəti tərəfindən təzyiq və repressiyalara məruz qalmasına etiraz edir və güneyli soydaşlarımızın hüquqlarının qorunmasını tələb edir.

Xəbər lenti

Xəbər lenti