...

Yataqxanalarda məskunlaşan köçkünlər yeni tikilən evlər ilə təmin olunmayacaq

Siyasət Materials 16 Fevral 2007 17:45 (UTC +04:00)

İşğal olmuş torpaqlarımızdan didərgin düşüb, yataqxanalarda məskunlaşan məcburi köçkünlər köçürülməyəcək. Bu barədə Trend in bölgə müxbirinə baş nazirin birinci müavini Əli Həsənov məlumat verib.

Ə.Həsənovun sözlərinə görə, yataqxanalarda yaşayan köçkünlərin yaşayış tərzi yaxşılaşdırılacaq. Yəni, həmin yataqxanalarda əsaslı təmir işləri görülüb, dam örtüyü, su və qaz təchizatı, elektrik enerjisi, kanalizasiya xətləri, ümumiyyətlə bütün xidmət sahələri təmir olunacaq. Baş nazirin müavini onu da qeyd edib ki, keçən il 67 yataqxanada təmir işləri aparılıb, ikinci növbədə isə 137 yataqxanada təmir işlərinin başa çatdırılmasını nəzərdə tutulub. Buna müəyyən olunmuş vəsait ayrıldıqdan sonra həmin yataqxanalar da inşa olunacaq.

Xəbər lenti

Xəbər lenti