...

Güney Azərbaycanda Ana dili gününü qeyd etməyə hazırlaşan 100-dən artıq azərbaycanlı həbs olunub

Siyasət Materials 21 Fevral 2007 18:17 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.İlhamqızı/ 21 fevral Beynəlxalq Ana Dili günü münasibəti ilə Güney Azərbaycanın müxtəlif yerlərində kütləvi tədbirlər, nümayişlər keçiriləcək. Bu barədə Trend ə Dünya Azərbaycanlıları Konqresindən (DAK) məlumat verilib.

Güney Azərbaycanın Təbriz, Urmu, Ərdəbil, Xoy, Qoşaçay, Xiyav, Zəncan və digər şəhərlər ində tədbirlərə hazırl ıq görülür. DAK-dan o da bildirilib ki, bu tədbirlərin qarşısını almaq üçün hakimiyyətin silahlı qüvvələri azərbaycanlıların evlər in ə, iş yerlərinə, təhsil müəssisələrinə girib, a na dili uğrunda mü barizə aparan şəxsləri həbs edirlər: " Azərbaycan Siyasi Məhbuslarının Müdafiə Komitəsindən, G üney Azərbaycan Haqlarının Müdafi ə Komitəsindən və digər mənbələrdən alınan məlumatlara əsasən, 100-dən artıq soydaşımız həbs olunub və işgəncələrə məruz qalırlar "-deyə DAK-ın məlumatında bildirilir .

Qeyd edək ki, 21 fevral YUNESKO tərəfindən beynəlxalq "Ana dili günü" elan olunub. Bu gün dünyanın bütün müstəqil ölkələrində qeyd edilir, öz müstəqil dövləti olmayan Güney azərbaycanlılar isə ana dili hüququnu tələb edərkən İran hakimiyyətinin təzyiqləri ilə üzləşirlər. Qeyd edək ki, 21 fevral YUNESKO tərəfindən beynəlxalq "Ana dili günü" elan olunub. Bu gün dünyanın bütün müstəqil ölkələrində qeyd edilir, öz müstəqil dövləti olmayan Güney azərbaycanlılar isə ana dili hüququnu tələb edərkən İran hakimiyyətinin təzyiqləri ilə üzləşirlər.

Xəbər lenti

Xəbər lenti