...

Prezident : 2007-08- ci illərdə Azərbaycanın enerji təsərrüfatı ən yüksək səviyyədə olacaq

Siyasət Materials 22 Fevral 2007 12:49 (UTC +04:00)
Prezident  :   2007-08-  ci     illərdə     Azərbaycanın     enerji     təsərrüfatı     ən     yüksək     səviyyədə     olacaq

Azərbaycan, Bakı / Trend , müx. A.İsmayılova / Azərbaycan prezidenti İlham Əliyev ümidvar olduğunu bildirib ki, 2007-08-ci illərdə Azərbaycanın enerji təsərrüfatı ən yüksək səviyyədə olacaq. Bu barədə dövlət başçısı cümə axşamı Bakı modul elektrik stansiyasının açılışında bəyan edib.

"Bunun üçün bizdə hər cür imkan var, biz maliyyə vəsaiti ayırırıq", - deyə o bildirib.

Tikintisi 2006-cı ildə başlamış, bu gün açılmış elektrik stansiyasının gücü 104 MVt təşkil edir, stansiya hər birinin gücü 8,7 MVt olan 12 aqreqatdan ibarətdir. Stansiya Azenko şirkəti tərəfindən inşa edilib, müəssisənin ştatı 120 nəfərdən ibarətdir.

Azərbaycan prezidentinin sözlərinə görə, əsas qüvvələr yeni elektrik xətlərinin bərpası və çəkilməsinə, transformatorların dəyişilməsinə yönəldilməlidir.

"Təəssüf ki, indiyədək bu sahəyə kifayət qədər diqqət ayrılmırdı. Bakının paylayıcı şəbəkələrini idarə edən xarici şirkət onları yararsız vəziyyətə salıb. Biz hər şeyi yenidən bərpa etməliyik və bunun üçün böyük vəsait tələb olunur. Bu vəsait artıq ayrılıb", - deyə İ.Əliyev bildirib.

Prezident bəyan edib ki, Azərbaycan enerji təminatı ilə heç bir problemin olmamasına nail olmalıdır.

"Bizim tələbatımız artır. Yeni müəssisələr, fabriklər açılır, əhalinin sayı artır və hər yerdə elektrik olmalıdır. Son zamanlar həqiqətən də bu sahədə irəliləyişin olması müşahidə olunur, lakin bu, bizi tamamilə qane etmir. Bizdə uzunmüddətli proqram var və o, artıq təsdiq olunub. İndi əsas məqsəd- bu proqramın reallaşdırılmasıdır və biz buna nail olacağıq, çünki bizim maliyyə vəziyyətimiz yaxşılaşır", - deyə dövlət başçısı qeyd edib.

Xəbər lenti

Xəbər lenti