...

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının ikinci rəisi:Türkiyə Azərbaycana NATO standartlarına yaxınlaşmaq üçün lazımi dəstəyi göstərəcək

Siyasət Materials 26 Fevral 2007 17:53 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının ikinci rəisi:Türkiyə Azərbaycana NATO standartlarına yaxınlaşmaq üçün lazımi dəstəyi göstərəcək

Azərbaycan,Bakı/müxbir Trend Z.İbrahimxəlilova/Türkiyə Azərbaycana NATO standartlarına yaxınlaşmaq üçün lazımi dəstəyi göstərməyə hazırdır. Bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının ikinci rəisi Erkin Sayqun məlumat verib. O, qeyd edib ki, səfərinin əsas məqsədlərindən biri məhz bu məsələnin müzakirəsidir.

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin (SQ) bir bölüyü NATO standartlarına əsasən formalaşdırılacaq və Türkiyə bunun üçün texniki yardım göstərəcək.

Erkin Sayqun qeyd edib ki, Azərbaycan SQ-nin NATO standartlarına yaxınlaşması üçün bir çox işlər görməlidir. O, həmçinin vurğulayıb ki, heç bir dövlət bu tələblərə cavab vermir, belə ki, standartlar yüksəkdir. "Bu silahlanma, nizam-intizam, şəxsi heyətin hazırlıq səviyyəsidir. Bu bizim nail olmağa çalışdığımız məqsəddir", deyə E.Sayqun bildirib.

Xəbər lenti

Xəbər lenti