...

Parlamentdə "Həbs yerlərində saxlanılan şübhəli və ya təqsirləndirilən şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi qəbul edəcək

Siyasət Materials 14 Mart 2007 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı / " müxbir İ.Əlizadə/ Milli Məclisin yaz sessiyasında "Həbs yerlərində saxlanılan şübhəli və ya təqsirləndirilən şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi qəbul olunacaq. Bu barədə məlumat verən Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov bildirib ki, qanun layihəsi parlamentdə birinci oxunuşda qəbul olunub.

"Qanun layihəsi Milli Məclisdə aparılan müzakirələr zamanı irəli sürülən təkliflər və iradlar nəzərə alınmaqla ikinci oxunuşa hazırlanır", -deyə Səyyad Kərimov qeyd edib.

Onun sözlərinə görə, belə bir qanunun hazırlanmasında məqsəd Azərbaycan Respublikası Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasıdır. Qanun şübhəli şəxs qismində tutulmuş və ya barəsində təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlbetmə haqqında qərar çıxarılmış və həbs qəti imkan tədbiri seçilmiş şəxslərin saxlandıqları həbs yerlərində onların hüquq və azadlıqlarını təmin etməyi nəzərdə tutur.

"Həbs yerlərində saxlanılan şübhəli və ya təqsirləndirilən şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası ilə sıx əməkdaşlıq şəraitində hazırlanıb. Layihə sonda tərcümə olunaraq ekspertiza üçün Avropa Şurasına göndəriləcək.

Qanun müzakirəyə çıxarılmazdan əvvəl qeyri-hökumət təşkilatlarının, beynəlxalq təşkilatların Bakıda yerləşən təmsilçilərinin və ekspertlərin iştirakı ilə ictimai müzakirəsi keçirilib.

S.Kərimov qeyd edib ki, irəli sürülən təkliflər məqsəduyğun hesaab edildiyi halda qanun layihəsində əks olunacaq.

Xəbər lenti

Xəbər lenti