...

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək

Siyasət Materials 28 Mart 2007 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ İnzibati Xətalar Məcəlləsində ediləcək dəyişikliyə əsasən, Azərbaycanla müharibə vəziyyətində olan ölkə ilə (indiki dövrdə Ermənistan nəzərdə tutulur) ictimai və iqtisadi əlaqələrin qurulması inzibati xəta kimi qiymətləndiriləcək. Bu barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədri Əli Hüseynov bildirib ki, bu, Azərbaycan vətəndaşı olan hüquqi, fiziki və vəzifəli şəxslərə şamil olunacaq. Qanunun bu tələbini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə əsasən cəzalandırılacaqlar.

Ə.Hüseynov deyib ki, adıçəkilən məcəllədə belə bir dəyişikliyin edilməsini nəzərdə tutan layihə qanunvericilik təşəbbüsü ilə Prezident Aparatından parlamentə göndərilib.

Xəbər lenti

Xəbər lenti