...

Azərbaycanın Gəncə şəhərində narkotik maddə satanlar yaxalanıb

Siyasət Materials 26 Aprel 2007 17:32 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin apardığı əməliyyat tədbirləri nəticəsində qanunsuz narkotik maddə satışında şübhəli bilinən iki nəfər saxlanılıb. Bölmədən cümə axşamı verilən məlumata görə, onlardan biri Samux rayonu Qarayeri kənd sakini Muradov Mirsəyad Mirseymur oğlunun üzərindən 50 qram narkotik maddə olan çətənə qurusu aşkar edilib.

Gəncə şəhər Polis İdarəsinin Narkomaniya ilə Mübarizə Bölməsinin rəisi Nizami Hüseynovun verdiyi məlumata görə, sorğu zamanı Muradov bildirib ki, həmin narkotik vasitəni yaxın tanışı Əliyev Nazim Kərim oğlundan 50 manata alıb.

"Əliyevin evinə baxış keçirilən zaman təxminən 2 500 dollar dəyərində 350 qram narkotik vasitə aşkar olunub" deyə Hüseynov bildirib.

Saxlanılan hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 234.2 (qanunsuz narkotik vasitələrin satışı) maddəsi ilə cinayət işi açılıb və istintaq aparılır.

Azərbaycanın Gəncə şəhəri paytaxt Bakıdan 360 kilometr qərbdə yerləşir. Azərbaycanın ikinci ən böyük sənaye şəhəri sayılır. Əhalisi 400 minə yaxındır.

Xəbər lenti

Xəbər lenti