...

Azərbaycan prezidenti şahmatın inkişafı ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 27 Aprel 2007 14:50 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend /Azərbaycan prezidenti İlham Əliyev cümə günü ölkədə şahmatın inkişafının təmin olunması məqsədilə Dövlət Proqramının hazırlanması barədə sərəncam imzalayıb.

Sərəncamında dövlət başçısı Azərbaycanın Gənclər və İdman Nazirliyinə Milli Olimpiya Komitəsi və Azərbaycanın Şahmat Federasiyası ilə birgə üç ay ərzində təkliflərini hazırlayıb təqdim etməsini tapşırıb.

Həmçinin Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələlərin yerinə yetirilməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti