...

Azərbaycan müxalifəti Bakıda mitinq keçirdi

Siyasət Materials 14 May 2007 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Əlizadə/ "Azərbaycan yolu" siyasi hərəkatı şənbə günü icazəli mitinq keçirib. Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə keçən aksiyada vətəndaşların sosial hüquqları, habelə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı şüarlar səslənib.

İki saat davam edən mitinqdə "Azərbaycan yolu" ilə yanaşı, milli-demokratlar və liberal-demokratların, habelə bəzi qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Mitinqdə çıxış edən "Azərbaycan yolu" siyasi hərəkatının sədri İlqar Qasımov, Milli-Demokrat Partiyasının sədri İskəndər Həmidov, "Bizim Azərbaycan" blokunun sədri Vüqar Bəyturan Tarif Şurasının enerji daşıyıcılarının qiymətlərinin artırılması ilə bağlı qərarının ləğvini, Qarabağa dair danışıqların detallarının açıqlanmasını, habelə minimal əmək haqqının istehlakçı səbətinə uyğunlaşdırılmasını tələb ediblər.

Aksiyanın gedişatını Bakı Baş Polis İdarəsinin əməkdaşları müşahidə ediblər. İdarənin nümayəndəsi Şamil Seyidovun jurnalistlərə verdiyi məlumata görə, aksiya zamanı insident qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti