...

Almaniya səfiri Azərbaycanı Almaniyada yaşayan vətəndaşları ilə bağlı danışıqlara qatılmaq istəməməkdə günahlandırıb (video)

Siyasət Materials 18 May 2007 13:58 (UTC +04:00)
Almaniya səfiri Azərbaycanı Almaniyada yaşayan vətəndaşları ilə bağlı danışıqlara qatılmaq istəməməkdə günahlandırıb (video)

Azərbaycan, Bakı /müx. Trend İ.Əlizadə/ Almaniyanın Azərbaycandakı səfiri Per Stankina Azərbaycanı 6.500 vətəndaşının gələcək taleyi ilə bağlı danışıqlarda iştirak etmək istəməməkdə ittiham edib.

O qeyd edib ki, hər bir ölkə öz vətəndaşlarının taleyinə görə məsuliyyət daşıyır. Stankinanın sözlərinə görə, Azərbaycan Almaniyanın danışıqlar masası arxasına keçmək təklifini qəbul etmədiyi üçün ölkəsi çətinliklərlə üzləşir.

Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində isə verilən rəqəmin şübhə doğurduğunu bildiriblər. Komitə nümayəndələri Almaniyada yaşayan Azərbaycan vətəndaşlarının 6500 nəfər olmadığını söyləyiblər və qeyd ediblər ki, onlarla hər hansı əlaqələr mövcud deyil.

Almaniya tərəfinin məlumatına görə, Sovet İttifaqı dağıldıqdan sonra 6500-dək Azərbaycan vətəndaşı siyasi sığınacaq məqsədilə Almaniyaya köçüb. Onların arasında həmçinin Azərbaycanın erməni əsilli vətəndaşları var. Lakin Almaniya hökuməti onlara sığınacaq verməkdən imtina edib. Almaniya hesab edir ki, hazırda Azərbaycan bu vətəndaşları geri qaytara bilər. 15 ildən çoxdur ki, Azərbaycandan olan mühacirlər Almaniyanın bələdiyyə büdcəsinin müavinətləri hesabına yaşayırlar. Hər il müvafiq məqsədlər üçün 40 milyon avroyadək vəsait ayrılır.

Xəbər lenti

Xəbər lenti