...

Milli Məclisin növbəti iclası keçiriləcək

Siyasət Materials 1 İyun 2007 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ İyunun beşində Milli Məclisin növbəti iclası keçiriləcək. Bu barədə cümə günü Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

İclasda Azərbaycanla Moldova, Almaniya, Tacikistan hökumətləri arasında müxtəlif sahələrə dair imzalanan müqavilə və sazişlərin təsdiqi, "Fitosanitar nəzarəti haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi, Ümumdünya Səhiyyə Təşkilatının Nizamnaməsinin 24, 25-ci maddələrinə düzəlişlərin təsdiqi, bir sıra qanunlara əlavə və dəyişiklik edilməsi ilə əlaqədar olaraq "Rabitə haqqında" qanunun qüvvədən düşmüş hesab edilməsi və "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişiklik edilməsi məsələsinə baxılacaq.

Bundan başqa iclasda "Turzim haqqında" qanuna əlavə və dəyişikləklərin edilməsi nəzərdə tutulub.

Eyni zamanda "MDB iştirakçısı olan ölkələrə idxal edilən təhlükəli məhsulların gigeyina baxımından qiymətləndirilməsində qarşılıqlı fəaliyyət qaydaları haqqında" sazişin təsdiq edilməsi məsələsi müzakirə olunacaq.

Qanuna görə, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-də başa çatır. 42 deputatın təşəbbüsü ilə parlamentin sessiyasının müddəti uzadıla bilər. Artıq belə bir müraciət əsasında qanunverici orqanın yaz sessiyasının vaxtı uzadılıb.

Xəbər lenti

Xəbər lenti