...

Xarici işlər nazirinin müavini: "İran prezidentinin Azərbaycana səfərinə hazırlıq görülür" (video)

Siyasət Materials 22 İyun 2007 19:15 (UTC +04:00)
Xarici işlər nazirinin müavini: "İran prezidentinin Azərbaycana səfərinə hazırlıq görülür" (video)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ İran prezidenti Mahmud Əhmədinejadın Azərbaycana səfərinə hazırlıq görülür. Bu barədə cümə günü Bakıda keçirdiyi mətbuat konfransında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

Onun sözlərinə görə, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Tehranda keçirilən konfransında iştirak edən Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov səfər çərçivəsində İran rəsmiləri ilə keçirilən görüşlərdə Mahmud Əhmədinejadın Azərbaycana səfəri məsələsini də geniş müzakirə edib: "Biz planlaşdırırıq ki, bu səfərin təşkil olunması üçün İran-Azərbaycan hökumətlərarası iqtisadi-ticarət və humanitar Komissiyasının iclasını keçirək. Biz bir çox razılaşma işləri aparmışıq. Azərbaycanın əlaqədar nazirlik və təşkilatlarının iştirakı ilə müəyyən layihələr hazırlanıb və İran tərəfinə təqdim olunub. Yəqin ki, yaxın zamanlarda komissiyanın hazırlığı üzrə işçi iclas keçirəcəyik. Səfərdən əvvəl komissiyanın iclası baş tutacaq və səfər zamanı imzalanması nəzərdə tutlan sənədlərlə bağlı qərar qəbul olunacaq ki, həmin sənədlər prezidentin səfəri çərçivəsində imzalansın".

Nazir müavini vurğulayıb ki, hələlik səfərin vaxtı müəyyənləşməyib. İran tərəfi səfəri həyata keçirməklə bağlı istəyini ifadə edib. Səfrin tarixi diplomatik kanallar vasitəsi ilə razılaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti