...

Azərbaycan cüdoçuları Bakıda keçiriləcək dünya kubokuna hazırlığa başlayırlar

Cəmiyyət Materials 5 Oktyabr 2007 12:15 (UTC +04:00)

Hollandiya, Rotterdam / Trend müxbir Z.Səfərov/ Cüdo üzrə Azərbaycan komandası gələn həftə Zaqulbada oktyabrın 13-də Bakıda H.Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək dünya kuboku çərçivəsində təlim-məşq toplanışına start verəcək.

Yığmanın baş məşqçisi Ağayar Axundzadə Trend ə bildirib ki, idmançıların Rotterdamda keçirilən dünya Superkubokundakı çıxışından, hansı ki, üç bürünc medal qazanmışdıq və Hollandiyadakı təlim-məşq toplanışından sonra cüdoçulara qısamüddətli istirahət veriləcək.

"Yarış uşaqları yaxşıca işlətdi, axı komanda Rotterdamdakı yarışa Braziliyada keçirilən dünya çempionatından sonra qatılmışdı. İndi onları yeni məsuliyyətli yarış gözləyir. Lakin uşaqlar özlərini toplamalı və doğma divarlar arasında uğurlu çıxış etməlidirlər" - deyə məşqçi qeyd edib.

Bakıdakı dünya kuboku cüdoçular üçün bu mövsümdə lisenziya xallarını artırmaq üçün son imkan olacaq.

Xəbər lenti

Xəbər lenti