...

Azərbaycanın Səhiyyə Nazirliyi İİV-ə yoluxmuş insanların sayını açıqlayıb

Cəmiyyət Materials 26 Oktyabr 2007 20:46 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycanda doqquz ay ərzində insanın immun çatışmazlığı virusu ilə yoluxmuş 230 şəxs müəyyən olunub. Bu barədə Azərbaycanın Səhiyyə Nazirliyi məlumat yayıb. Onlardan 229-u Azərbaycan vətəndaşı, bir nəfəri əcnəbi olub.

229 nəfərdən 192-si kişi (83,3 faizi), 37-si isə qadındır (16,2 faiz). Bu xəstəlikdən 48 nəfər dünyasını dəyişib. Xəstələrin 49,6 faizi virusa, iynə vurmaq yolu ilə narkotik qəbulu zamanı yoluxublar.

IIV-lə yoluxmuş xəstələrin yaş kateqoriyası aşağıdakı kimidir: 2 nəfər (0,9%) - 60 yaşdan yuxarı, 105 nəfər (45,7%) - 30-39 yaş, 31 nəfər (13,5%) - 25-29 yaş, 52 nəfər (22,6%) - 40-49 yaş, 20 nəfər (8,7%) - 19-24 yaş, 1 nəfər (0,4%) - 15-18 yaş, 2 nəfər (0,9%) - 14 yaşa qədər.

Xəstəliyə yoluxanların 63 nəfəri (27,5%) Bakı sakini, 162 nəfəri isə. digər regionların sakinləridir.

Beləliklə, QİÇS-lə mübarizə mərkəzi tərəfindən 1987-ci ildən 2007-ci il oktyabrın 1-nə qədər ölkədə 1187 virusa yoluxma halı aşkar olunub.

656 (58%) nəfər narkotik iynələrdən, 258 nəfər (22,8%) heteroseksual, 12 nəfər homoseksuallıq yolu ilə yoluxub. 10 nəfər (0,9%) İİV-lə doğulub, 1 nəfər (0,1%) döymə (tatuaj), 1 nəfər (0,1 %) qan köçürməsi nəticəsində xəstəliyə yoluxub. 193 nəfərdə xəstəliyin yoluxma mənbəyini müəyyən etmək mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti