...

Şahmat üzrə Azərbaycan komandası DÇ-2007-nin favoritlərindən biridir

Cəmiyyət Materials 30 Oktyabr 2007 18:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Şahmat üzrə kişilərdən ibarət Azərbaycan yığması Kritdə start götürən Avropa çempionatının iştirakçı komandalarının reytinqində üçüncü yeri tutur.

Trend in verdiyi məlumata görə, tərkibində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov, Qadir Hüseynov və Rauf Məmmədovun olduğu kollektiv, yekun reytinq göstəricisinə görə, Ermənistan, Bolqarıstan, İspaniya, İsrail və yüksək yerlərə iddia edən bir çox kollektivləri qabaqlayır. Azərbaycan yığması artıq birinci iki turda Türkiyə və Bolqarıstana qalib gələrək, yüz faizli nəticə göstərib və birinciliyin mükafatları uğrunda mübarizəyə hazır olduğunu təsdiq edib.

Ranq cədvəli üzrə, Rusiya birinci, Ukrayna ikinci yerdədir.

Xəbər lenti

Xəbər lenti