...

"Eurovision"a Samir Cavadzadənin getməsinə tərəfdarıq-"Şeron" qrupunun solisti Ülvi Cəfərov

Cəmiyyət Materials 5 Dekabr 2007 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 dekabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/

Son zamanlar yeni mahnı və kliplərlə pərəstişkarlarını sevindirən "Şeron" qrupu bu istiqamətdə daha bir addım atıb. Qrupun üzvü Ülvi Cəfərov TrendLife-a bildirib ki, "Şeron" "Qurbanın ola bilsəm" mahnısına da klip çəkdirib: "Klipin rejissoru Müşfiqdir, Mahnının sözləri Almaz İldrımın, musiqisi Vüqar Camalzadənindir. Bundan əlavə, Hüseyn Abdullayevin yeni mahnıları üzərində çalışırıq. Ümumiyyətlə, yeniliklər çoxdur. Bu yaxınlarda "Şeron" qrupunun saytı da işıq üzü görəcək". Ü.Cəfərovun sözlərindən belə məlum oldu ki, "Şeron" qrupu da "Evrovision" mahnı müsabiqəsində iştirak etmək arzusunda olub. "Çox istərdik ki, həmin müsabiqədə Azərbaycanı təmsil edək. Məkandan asılı olmayaraq, hər yerdə bayrağımızı ucaltmağa hazırıq. Amma açığını desəm, "Eurovision"a Azərbaycandan "Şeron" qrupunun keçmiş üzvü Samir Cavadzadənin getməsini istərdim. Çünki onun həm səhnə görünüşü, həm səs imkanları müsabiqənin şərtlərinə uyğun gəlir. Samir üçün nə vaxt nə lazım olsa, biz ona kömək etməyə hazırıq"-deyə Ülvi Cəfərov qeyd edib.

Xəbər lenti

Xəbər lenti