...

Azərbaycan Ədliyyə Nazirliyi boş qalmış yerlərə müsabiqə elan edir

Cəmiyyət Materials 29 Dekabr 2007 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir C.Babayeva/ Azərbaycan Ədliyyə Nazirliyi boş qalmış yerlərə açıq müsabiqə elan edir. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat veriblər. Boş yerlər nəzarət və icraçı xidmətlərində, regional və qeydiyyat şöbələrində, penitensiar xidmətdə və digər ədliyyə sahələrindədir. Müsabiqədə iştirak etmək istəyənlər yanvarın 7-dən martın 7-dək öz sənədlərini Ədliyyə Nazirliyinin inzibati binasına təqdim edə bilərlər. Müsabiqə Azərbaycan prezidentinin 2007-ci il 13 dekabr tarixli "Ədliyyə orqanlarında qulluğa keçilməsi üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə" fərmanına uyğun aparılacaq.

Xəbər lenti

Xəbər lenti