...

"Azadlıq" qazetinin bıçaqlanmış əməkdaşının şantaj olunduğu bildirilir

Cəmiyyət Materials 4 Aprel 2008 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel / Trend , müxbir S.İlhamqızı/ Bir müddət əvvəl naməlum şəxslər tərəfindən bıçaqlanmış "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlil prokurorluq orqanları tərəfindən şantaj olunur. Trend un məlumağtına görə, bu barədə "Azadlıq" qazetinin direktoru Azər Əhmədov cümə günü keçirdiyi mətbuat konfransında açıqlama verib.

Xəlil martın 13-də axşam saatlarında evə gedərkən naməlum şəxslər tərəfindən ürək nahiyəsindən çıçaqlanıb və faktla bağlı Respublika Prokurorluğunda cinayət işi açılıb.

O bildirib ki, Respublika Prokurorluğununun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin əməkdaşları dünən Kürdəmirə - Aqil Xəlilin yanına gediblər. Kürdəmir rayon prokurorluğunda Xəlili və valideyinlərini gecə saatlarına qədər dindiriblər.

Əhmədovun dediyinə görə, idarənin müstəntiqləri Xəlili, özlərinin dediyi kimi, ifadə verməsi üçün şantaj ediblər. "Onlar Xəlilə bildiriblər ki, bir nəfər "mavi" ifadə verərək, guya onunla əlaqəsi olduğunu deyib, hətta bu barədə telekanalların birinə müsahibə də verib. Müstəntiqlər Xəlildən tələb editblər ki, o, öz ifadəsində ya "mavilər" tərəfindən, ya da öz iş yoldaşı tərıindən bıçaqlandığını deməlidir. Əks təqdirdə, həmin "mavi"nin Xəlil barəsində müsahibəsi telekanallarda göstəriləcək və juürnalist rüsvay ediləcək",- deyə Əhmədov bildirib.

O, həmçinin,qeyd edib ki, müstəntiqlər güya həmin "mavi" ilə Xəlilin bir- birinə yazdığı mesajların kompüterdə surətini çıxarıblar. Lakin Əhmədovun dediyinə görə, bu mesajların tarixi iki il əvvələ aiddir, iki il əvvəl isə Xəlil hərbi xidmətdə idi və ümumiüyyətlə, mobil telefonu olmayb.

Əhmədov bildirib Ki, Xəlil hazırda Bakıdadır və Ağır Cinayətlərə Dair İstintaq İdarəsində izahat verir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev yayılan məlumatı təkzib edib və bildirib ki, faktla bağlı başlanmış cinayət işinin istintaqı aparılır və bu işdə günahkar şəxslər məsuliyyətə cəlb olunacaq.

Xəbər lenti

Xəbər lenti