...

Naxçıvan Dövlət Kukla Teatrında yeni tamaşanın məşqləri gedir

Cəmiyyət Materials 5 Aprel 2008 09:03 (UTC +04:00)

Azərbaycan, Naxçıvan / Trend , müxbr E.Məmmədov/ M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında yeni tamaşanın məşqləri gedir. Bu barədə Trend ə teatrinin direktoru, Azərbaycan Respublikasının əməkdar artisti Yasəmən Ramazanova məlumat verib. 

O bildirib ki, teatr Abdulla Şaiqin "Yazıya pozu yoxdur" əsərini səhnələşdirir.

-Y.Ramazanova həm də tamaşanın rejissorudur. Səhnə əsərinin quruuşçu rəssamı Rəfael Qədimov, musiqi tərtibatçısı isə əməkdar incəsənət xadimi Şəmsəddin Qasımovdur.

Bir həftədir məşqlərinə başlanılan tamaşa aprelin sonunda balaca tamaşaçıların ixtiyarına veriləcək.

Xəbər lenti

Xəbər lenti