...

Xumar Qədimova bir neçə ölkəyə yaradıcılıq səfərlərinə hazırlaşır

Cəmiyyət Materials 11 Aprel 2008 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel / TrendLife / Günel Əhmədova

Xumar Qədimovanın Türkiyə səfərləri onu günü-gündən qonşu ölkənin sənət dünyasına yaxınlaşdırır. TrendLife-ın müğənni ilə söhbətində bəlli oldu ki, bu addımı atmaqda onun niyyəti var - türk şou-biznesinə qatılmaq. Müğənni düşünür ki, əgər ismi qonşu ölkənin dinləyicilərinə tanışdırsa, niyə bu fürsəti dəyərləndirməsin:

"Növbəti Türkiyə səfərim mayın ilk günlərinə nəzərdə tutulub. Düşünürəm ki, məni addım-addım qonşu ölkəyə yaxınlaşdıran yaradıcılıq əlaqələrini möhkəmləndirmək üçün ciddi düşünməliyəm. Mahnılarımı dinləyən Türkiyə özümü də yaxından tanımalıdır. Nəzərdə tutulan Türkiyə səfərimdə bu istiqamətdə müəyyən addımlar atılacaq. Amma təfərrüatı ilə danışıb, xəbəri indidən müzakirəyə çıxarmaq istəmirəm".

Müğənni onu da əlavə etdi ki, onun niyyəti tərk Türkiyədə tanınmaqdan ibarət deyil. Son aylar Azərbaycandan qonşu ölkəyə böyük sənətçi axını olduğunu nəzərə çatdıran Xumar Qədimova yolunu başqa ölkələrdən də salmaq arzusunda olduğunu bildirdi. Müğənninin söylədiyinə görə, mayda Türkiyə ilə yanaşı, Moskva və Özbəkistana da səfərləri planlaşdırılır. Müğənni səfərlərinin yaradıcılıq əməkdaşlığı xarakteri daşıdığını istisna etmədi.

Xəbər lenti

Xəbər lenti