...

Qrossmeyster Şəhriyar Məmmədyarov: "FİDE Qran-Prisində qələbəyə oynayacağam"

Cəmiyyət Materials 21 Aprel 2008 10:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir Z.Səfərov/ "FİDE Qran-Prisinin ilk mərhələsinin iştirakçıları reytinq cədvəlində öz mövqelərini o qədər tez-tez dəyişirlər ki, Bakıda onların hər birinə qalib gəlmək olar". Bu barədə Trend a Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov doğma divarlar arasında uğurlu çıxış şansını dəyərləndirərkən bildirib.

Püşk atmadan razılığını bildirən şahmatçı bu prosesdən razı və ya narazı qalmağın mümkün olmadığını qeyd edib. "Qran-Pri "dairəvi yarış"dır və deməli mən turnirin bütün iştirakçıları ilə oynamalı olacağam. Misal üçün birinci turda mən reytinq-favorit Petru Svidlerlə qarşılaşacağam", - deyə Ş.Məmmədyarov bildirib.

O həmçinin qeyd edib ki, yalnız qələbəyə oynayacaq və doğma divarlar arasında uğurlu çıxış etməyə çalışacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend @trend.az

Xəbər lenti

Xəbər lenti