...

Reper Elşad Xose duet ortaqlarının siyahsını itirib

Cəmiyyət Materials 21 Aprel 2008 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /müx. TrendLife Günel Əhmədova

Elşad Xose səhnəyə qayıdışı ilə bütün fanatlarını ayağa qaldıracaq. Müğənninin TrendLife-a verdiyi vədlər onun yaxın bir ildə görəcəyi işlər barədədir. Reper həm konsert vermək, həm repdə dönüş yaratmaq istəyir. Eyni zamanda musiqiçi vaxtilə təqdim etdiyi duet mahnılarını yenidən gündəmə gətirmək istəyir. Onun məlumatına görə, siyahıya o qədər sənət adamının adı daxildir ki, bəzən o, kiminsə adını unudur.

Söhbətini hələlik repdə dönüş ideyası ilə davam etdirən Elşad Xose bildirdi ki, sənətin yükünü ağırlaşdırmaq lazımdır. Azərbaycan repinin dünya səviyyəsinə çıxarmaq imkanlarının olduğundan danışan reper bunları söylədi:

"Repdə də təsadüfi insanlar var. Amma bu sənət bir o qədər geniş təbliğ olunmadığı üçün gənclər daha çox estradaya meyil göstərirlər. Eyni zamanda repi oxumaq daha artıq istedad tələb edir. Bu günkü mahnıların mövzusu daha çox məhəbbətdən danışır. Lakin repdəki sözlər geniş miqyasdadır. Yəni, ölkənin dərdi, insanların güzaranı, tənqidi mövzular burada daha geniş əks olunur. Lakin son illər sənətdə bir qədər səngimə hiss etmişəm".

"Sizin sənətdən uzaqlaşmağınızın səngiməyə təsiri olub?"- sualını cavablandıran Elşad Xose məsələyə bu cür yanaşdı:

"Mənim getməyim də burada rol oynayıb. Çünki repdə sözün deyənlərdən biri də mənəm. Əgər yeni replər yazılmırsa, eyni zamanda təsadüfi replər meydana çıxırsa, bu sənətin ağsaması deməkdir. Amma bu gün bədbin notlar üzərində köklənmək istəmirəm. Çünki böyük cəhdlə layihələrin həllinə başlamışam".

Konsert hazırlıqlarına başladığını deyən Elşad Xose hələlik bunun tarixinin bəlli olmadığını diqqətə çatdırdı. Məlum olan isə budur ki, aprelin 26-da "Əl Oyunları Sarayı"nda təşkil olunacaq İsmayıl YK-nın konsertində reper səhnəni türk sənətçisi ilə bölüşəcək.

Elşad Xosenin duet ortaqlarına gəlincə reper siyahıda bir çox sənət adamlarının adını daxil etdiyini söylədi. Bunlar xalq artisti Alim Qasımov, müğənni Zamiq, əməkdar artistlər Tünzalə Ağayeva, Sevda Ələkbərzadə və başqalarıdırlar. Sözügedən şəxslərlə danışıqların aparıldığını deyən Elşad Xose zaman-zaman duetlərin hazırlanacağını diqqətə çatdırdı. Mahnıların hansı mövzunu təşkil edəcəyi isə sirr olaraq qalır.

Xəbər lenti

Xəbər lenti