...

Azərbaycan yığması çimərlik futbolu üzrə DÇ-nin seçmə mərhələsində iştirak edəcək

Cəmiyyət Materials 24 Aprel 2008 20:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel/ Trend müxbir Z.Səfərov/ Azərbaycan yığmasının çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsində çıxışının təqvimi müəyyən edilib.

AFFA-dan Trend -a verilən məlumata görə, "S" zonasında baş tutacaq yarış Benidromda keçiriləcək. Yarış cədvəlinə əsasən, mayın 11-ə təyin edilən birinci kvalifikasiya oyununda komanda İtaliya ilə, bir gün sonra Norveçlə üzləşəcək. Yığma Yunanıstana qarşı oyunla çıxışını başa çatdıracaq. Bununla yanaşıı birini iki yeri tutan komanda növbəti mərhələyə keçəcək, üçüncü yeri tutan komanda isə yaxşı göstəricilərinə görə, 1/8 finala çıxa bilər. Dünya çempionatının yarımfinal və finalı Marseldə baş tutacaq.

Hazırda Benidroma yola düşəcək yığmanın tərkibi müəyyən edilməyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti