...

"Azəri Star-2008" həyəcanı başladı

Cəmiyyət Materials 26 Aprel 2008 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 aprel /müx.TrendLife Şahin Cavadsoy

Dünən "Lider TV"nin canlı efirində "Azəri Star production"ın təqdim etdiyi "Azəri Star - 2008" gənc ifaçıların mahnı müsabiqəsinin ilk efir həyəcanı başladı. Yarışmanın saat 22:00-da efirə çıxacağına baxmayaraq, bir neçə saat əvvəldən çəkiliş pavilyonunda əsl canlanma yaşanırdı. 20 iştirakçı bəstəkar Vüqar Camalzadənin rəhbəri olduğu "Estrada" qrupunun muqiçiləri ilə

yekun məşqlərini edirdilər. Bu arada münsiflər də pavilyonda gözlərə dəyirdilər.Ən gərgin görünən isə layihə rəhbəri rəhbəri Kemal Cenk İçten idi. İstər texniki heyətə, istərsədə yaradıcı komandaya son tapşırıqlarını verən Cenk bəy, vaxt tapıb TrendLife - a da bəzi açıqlamalar verdi: "Nədənsə ürəyimdə bir əminlik var. Hiss edirəm ki, ilk canlı yayım gözlədiyimdən də uğurlu keçəcək. Bir məlumatdan da xəbəriniz olsun ki, seçim turlarında münsiflər heyətinə daxil olan əməkdar artist Faiq Ağayev işləri ilə əlaqədar Moskvada olduğu üçün bu gün müsabiqəyə qatılmayacaq. Ona görə də təşkilat komitəsi ilə belə qarara gəldik ki, hər həftə bir tanınmış sənətkarı "Azəri Star -2008"in münsif kürsüsünə qonaq qismində dəvət edək. Bu dəfə xalq artisti Yalçın Rzazadə fəxri qonağımızdır. Digər münsiflər isə əməkdar incəsənət xadimi-bəstəkar Eldar Mansurov, əməkdar artist-aktrisa Sənubər İsgəndərli və müğənni Röya Ayxandır. Deyim ki, sabah münsiflərə hüquq veriləcək ki, onlar az və ya çox səs toplamasından asılı olmayaraq, bir iştirakçını gözləmə otağından xilas etsinlər. Bu, müsabiqədə edilən daha bir yenilikdir".

Budur vaxt yetişir və ritmik musiqinin sədaları altında yarışmanın aparıcıları Ramin İbrahimov və Aygün Məcid səhnədə görünürlər. Xanım tərəf müqabilindən fərqli olaraq Ramin "Lider TV"nin simalarından biridir. O, hər gün "Kliptoman" proqramı ilə tamaşaçıların görüşünə gəlir.

Hər iki aparıcı əvvəlcə sponsorlara təşəkkür etsələr də, sonra biri-birinin ardınca səhnəyə çıxan iştirakçıların SMS nömrələri tamaşaçılara təqdim etdilər. Bu gün həlledici gün olduğundan, biz də 20 "Azəri Star-2008" adına iddialı olan gənc ifaçıların SMS nömrələrini diqqətinizə çatdırırıq.Və xatırladaq ki, hər bir iştirakçının adına açılan nömrələrə yalnız Bakcell abonentləri səs göndərə bilərlər:

1.İlkin Əhmədov 500 10 70

2.Kənan Əzimov 500 10 71

3.Sədaqət Əhmədova 500 10 72

4.Elçin Məmmədov 500 10 73

5.Günel Süleymanova 500 10 74

6.Elçin Şərifzadə 500 10 75

7.Şahnaz Əliyeva 500 10 76

8.Tərlan Musayev 500 10 77

9.Şəms Cəbiyeva 500 10 78

10.Rinat Aslanov 500 10 79

11.Kəmalə Həsənova 500 10 80

12.Mirsaleh Əliyev 500 10 81

13.Günay Şıxəliyeva 500 10 82

14.Arif Əmrahzadə 500 10 83

15.Yaqut Nərimanova 500 10 84

16.Ədalət Abbasov 500 10 85

17.Aybəniz Məmmədova 500 10 86

18.Fəxri Kazım-Nicat 500 10 87

19.Hüseyn Abdullayev 500 10 88

20.Ruslan Süleymanov 500 10 89

Ardıcıllıqla səhnəyə çıxan iştirakçılar, istedadlarını nümayiş etdirdilər. 3-4 ifaçını çıxmaq şərti ilə bütün iştirakçılar münsiflərdən o qədər də ürəkaçan tərif eşitmədilər. Münsif Eldar Mansurov gəncləri oxumağa səsləsə də, Yalçın Rzazadə başqa ampluadan çıxış etdi: "İfa etdiyiniz hər bir mahnıda özünüzü tapmağa çalışın. Kimisə təqlid etsəniz,bu tamaşaçının gözündən yayınmayacaq".

Röya Ayxandan gələn irad, əsasən kişi ifaçılara ünvanlandı: "Hamınız eyni tembrdə oxuyursunuz. İnanın radio dalğalarında ifanızı eşitsəydim, sizi əsla bir-birinizdən ayırd edə bilməzdim".

Sənubər İsgəndərli isə humanistlik göstərib, iştirakçıların qəlbini qırmamağı səy göstərdi.

Gecə yarısınadək davam edən "Azəri Star -2008" də bu gün bir iştirakçı sevinəcək, digərininsə gedim-qalım məsələsi həll ediləcək.

Xəbər lenti

Xəbər lenti