...

Alman rejissoru Fayt Helmer Bakıda təqdimatda iştirak edəcək

Cəmiyyət Materials 8 İyul 2008 14:51 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 08 iyul /TrendLife P. Əliyeva/

Almaniyanın tanınmış rejissoru Fayt Helmer Bakıda iyulun 11-də təşkil olunacaq "Absurdistan" filminin təqdimatında iştirak edəcək. Film Azərbaycanın bir çox şəhərlərində də nümayiş etdiriləcək. Xatırladaq ki, filmin çəklişləri Lahıç və Şəkidə aparılıb. Çəklişlərdə 16 ölkədən çox olan nümayəndələr iştirak edib. Filmdə azərbaycanlı akytorlardan Nurəddin Quliyev, Kazım Abdullayev, Ədalət Ziyadxanov, Elxan Quliyev, Hicran Nəsirova, Firəngiz Babayeva, Mətanət Atakişiyeva, Rafik Əzimov, Yelena Spisina çəkilib.

Yuxarıda adıçəkilən filmi Fayt Helmer və akytorları iyulun 11-də Bakıda, 12-də Lahıçda, 13-də Şəkidə, 14-də Mingəçevirdə, 15-də Gəncədə, 16-da Lənkəranda təqdim edəcəklər. Qeyd edək ki, alman rejissoru Fayt Helmerin işləri 60 beynəlxalq kinofestivallarda təqdim olunub və 32 mükafata layiq görülüb.

Xəbər lenti

Xəbər lenti