...

Rusiyada keçirilən turnirdə iştirak edən azərbaycanlı şahmatçı yenə heç-heçə edib

Cəmiyyət Materials 22 Avqust 2008 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvada keçirilən, Mixail Talın xatirəsinə həsr olunmuş turnirdə dördüncü dəfə heç-heçə edib.

Dördüncü turda ukraynalı qrossmeyster Vasili İvançukla görüşən Məmmədyarov sonda xallarını rəqibi ilə yarı bölüb.

Dörd turdan sonra hesabında iki xal olan Azərbaycan şahmatçısı rəqibləri ilə 4-8-ci yerləri bölüşür. Turnir cədvəlinə hesabında üç xal olan rusiyalı Aleksandr Morozeviç başçılıq edir.

Məmmədyarov növbəti turda ABŞ şahmatçısı Qata Kamski ilə qarşılaşacaq.

Turnirin mükafat fondu 200 min ABŞ dollarıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti