...

Azərbaycana hər gəlişimi Həcc kimi qəbul edirəm – rus tarixçi-yazar

Cəmiyyət Materials 1 İyul 2009 19:16 (UTC +04:00)
Azərbaycana hər gəlişimi Həcc kimi qəbul edirəm – rus tarixçi-yazar

Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir C.Babayeva /

Azərbaycan Prezidenti İlham Əliyev Rudolf Nikolayeviç İvanovu Azərbaycan və Rusiya Federasiyası arasında mədəni əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edib.

Rudolf İvanov Rusiyanın məşhur tarixçi-qafqazşünası, Azərbaycanın görkəmli sərkərdələri haqqında kitabların müəllifi, Böyük Vətən Müharibəsi veteranı, professor, Beynəlxalq İnformatizasiya Akademiyasının akademiki, Rusiyanın Jurnalist və Yazıçılar İttifaqının üzvü, Dağıstan Respublikasının Xunzax fəxri vətəndaşı, AMEA-nın və AR-nın Naxçıvan Dövlət Universitetinin fəxri doktorudur.

Professor Rudolf İvanov Rusiya imperiyası və Qafqazın, həmçinin Qafqaz xalqlarının tarixi, Qafqaz xalqlarının qəhrəmanlığı və onların Rusiya imperiyasının müdafiəsi və tərəqqisindəki roluna həsr olunmuş 23 kitabın, təxminən 200 məqalənin müəllifidir.

"Sovet İttifaqı" adlı kitabı Azərbaycan generalı Cəmşid Naxçıvanski haqqında tarixi monoqrafiyadır. Kitabda əfsanəvi Naxçıvan xanları sülaləsinin sonuncu generalı, imperialist müharibənin qəhrəmanı, sərkərdə, Stalin represiyyası qurbanının faciəvi taleyi əks olunur. Kitabın müəllifi üç dəfə yalan ittihamla həbs olunan və iki dəfə güllələnməyə məhkum edilən Azərbaycan xalqının böyük oğlunun həyatındakı parlaq hadisələri əks etdirir. İvanov Cəmşid Naxçıvanskinin güllələnməsi haqqında hökmün Stalinin əmrinə əsasən sürgünlə əvəzlənməsi haqqında sənədləri arxivdə aşkar edə bilib.

- Rudolf Nikolayeviç, hər şeydən əvvəl sizi mükafat münasibətilə təbrik edir və böyük incəsənət uğurları arzulayıram. Zəhmət olmasa, bu xəbəri necə qarşıladığınızı deyərdiniz?

- Mən Prezident İlham Əliyev və Mehriban xanıma məni ən yüksək mükafat - "Dostluq" mükafatına layiq gördüklərinə təşəkkür etmək istəyirəm. Mən bu mükafatı təşəkkürlə qəbul edirəm, ancaq hesab etmirəm ki, o, mənim kiçik fəaliyyətimin yekunudur. Hesab edirəm ki, mükafat məni bu dünyada yaşadığım və nəsə etməyə qadir olduğum zaman ərzində yaradıcılıqla məşğul olmağa məcbur edir.

Mən Tvardovskidəki Tyorkin kimi biclik edib, "... deyərdim ki, orden mənim nəyimə lazımdır, mən medala razıyam" deyə bilərdim, amma yox, orden təbii ki, mənim üçün ən yüksək mükafatdır. Yəqin ki bu, mənim həyatımdakı ən böyük mükafatdır və ən xoş olanı odur ki, mən onu alana qədər də anlaşmazlıq kəsrini hiss etməmişəm. Mən xeyli kitab yazmışam və bunların hamısı qəlbimin çağırışı ilə həyata keçib, tanınmışam.

Azərbaycanı könlümdə ikinci vətənim hesab etmişəm və həmişə bu gözəl diyar üçün nəsə etmək istəmişəm. Və budur, arzum diyarın məni qiymətləndirməsi ilə başa çatdı.

Mən, sevimli respublikamın Prezidenti İlham Əliyevə və aqil, istedadlı birinci xanım Mehriban xanıma Azərbaycanın bundan sonra da uzun illər ərzində mənəviyyat və əxlaqla dolu olmasını, qorxulu keçmişin yaralarının sağalmasını, Azərbaycanın gülərüz, gözəl insanlar ölkəsi olmasını, Azərbaycanın bütün dünyanı silkələməsini arzulayıram.

Mənim Azərbaycan tarixinin aztanınan səhifələrini açmağa çalışmaqdan başqa heç bir planım yoxdur. Bu gün mən hansısa siyasi öhdəliklər üzündən qaranlıqda qalan tarixin bəzi səhifələrinə işıq salmağı özümün ən böyük əxlaqi öhdəliyim hesab edirəm. Burada isə xeyli iş olacaq...

- Bəs Azərbaycana sevgi necə yarandı?

- Ümumiyyətlə, mən Azərbaycana gəlişimi Həcc hesab edirəm. Mən pravoslavam, amma Azərbaycan mənim üçün Məkkə kimidir. Yəni mən bura öz işlərim haqqında hesabat verməyə, əziz və mehriban insanlarla ünsiyyət qurmağa və geri dönərək yeni kitab üzərində çalışmaq üçün hansısa yeni ideyalar toplamağa gəlirəm. Azərbaycanın özü mənim üçün ikinci vətən kimidir. 1947-ci ildə mən bir çox tanınmış insanların təhsil aldığı Bakı hazırlıq məktəbində oxumuşam.

- Rudolf Nikolayeviç, hazırda nəyin üzərində çalışırsınız?

- Yaxınlarda "Sovetlər İttifaqı adı ilə" ikicildli kitab işıq üzü görüb. Orada Naxçıvan xanları sülaləsindən sonuncu, altıncı general haqqında söhbət açılır. Kitabın birinci nüsxəsini Azərbaycanın Prezidenti və birinci xanımına bağışlamaq fikrindəyəm.

Yeri gəlmişkən, rus pravoslav kilsəsi Rusiya Prezidenti Dmitri Medvedevə Azərbaycan generalı Hüseyn xan Naxçıvanskinin xatirəsini ədəbiləşdirmək və Moskva və Sankt-Peterburqda onun adına küçələr vermək barədə müraciət edib.

Yaxın zamanlarda Naxçıvanın aztanınan həyat mərhələsi haqqında "Naşestviye" ("Axın") kitabı üzərində iş başa çatdırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti