Bu gün Day.Az informasiya portalının 6 yaşı tamam olur.
2003-cü ilin sentyabrında yaradılmış Day.Az gündəlik qəzetlərin, analitik jurnalların və agentliklərin funksiyalarını birləşdirən milli informasiya xidmətidir.
Azərbaycanda və onun sərhədlərindən kənarda hər gün minlərlə insan Day.Az-ın saytına daxil olaraq, ölkədə və dünyada baş verən hadisə və xəbərlər haqqında pulsuz məlumat alırlar.
Mövcud olduğu qısa zaman ərzində KİV şəbəkəsində Day.Az ən tanınmış və nüfuzlu sayt olub. Azərbaycan üçün ən mühüm anlarda oxucularına ən operativ məlumatı çatdıran Day.Az onların etibarlı tərəfdaşı olmaqda davam edir.
Agentliyin Azərbaycan torpaqlarını işğal edən Ermənistanla informasiya müharibəsinə böyük töhfəsini də qeyd etmək lazımdır.
2007-ci ilin martında Day.Az agentliyi nəzdində Azərbaycan dilində xəbərlər yayımlayan internet-radio açılıb.
Radiodan yayımlanan Azərbaycan musiqisi ölkəmizin dünyada təbliğinə, respublikamızın mədəni irsi ilə tanışlığa xidmət edir.
İngilis dilində fəaliyyət göstərən Today.Az layihəsi saytın xəbərlərini beynəlxalq oxucu auditoriyasının nümayəndələrinə çatdırır.
TREND kollektivi Day.Az informasiya agentliyinin əməkdaşlarını təbrik edir, həmkarlarına uğurlar və xoş xəbərlər arzulayır.