...

Avropadan toleratntlıq tələb edirik - Baş nazir Ərdoğan

Cəmiyyət Materials 1 Dekabr 2009 14:58 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İsveçrədə minarələrin qadağan olunmasına münasibət bildirərək, Avropadan İslama və müsəlmanlara qarşı tolerantlıq nümayiş etdirməsini tələb edib.
Avropadan toleratntlıq tələb edirik - Baş nazir Ərdoğan

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İsveçrədə minarələrin qadağan olunmasına münasibət bildirərək, Avropadan İslama və müsəlmanlara qarşı tolerantlıq nümayiş etdirməsini tələb edib. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.

"Avropadan toleratntlıq tələb edirik", - deyə Ərdoğan bildirib.

Baş nazir onu da bildirib ki, insanların seçimi, din və vicdan azadlığı heç bir referendum vasitəsilə dəyişdirilə bilməz.

"Türkiyədə ölkənin büdcəsi hesabına xristian kilsələri bərpa edilir. Avropadan da İslama eyni şəkildə münasibət gözləyirik", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti