...

Azərbaycanda Ailə, Qadın və Uşaq Araşdırmalar Mərkəzi yaradılıb

Cəmiyyət Materials 4 Dekabr 2009 13:34 (UTC +04:00)
Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) həmin sahədə Araşdırmalar Mərkəzi yaradıb. Bu barədə cümə günü Komitənin rəhbəri Hicran Hüseynova jurnalistlərə məlumat verib.
Azərbaycanda Ailə, Qadın və Uşaq Araşdırmalar Mərkəzi yaradılıb

Azərbaycan, Bakı, 04 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) həmin sahədə Araşdırmalar Mərkəzi yaradıb. Bu barədə cümə günü komitənin rəhbəri Hicran Hüseynova jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, hazırda komitənin əsas fəaliyyət istiqaməti uşaqlar haqqında məlumat bazası yaratmaqdır.

"Bu sahədə bizi, Araşdırmalar Mərkəzi və bu kimi məsələlərlə məşğul olan digər təşkilatlar dəstəkləyir. Bizim məqsədimiz mövcud problemə təsir etmək üçün maksimum dərəcədə informasiya toplamaqdır", - Hüseynova deyib.

Onun sözlərinə görə, əsas problemlərdən biri internatlarda və uşaq evlərində tərbiyə alan uşaqların normal həyatı üçün şərait yaratmaqdır.

Bu məqsədlə, uşaq evlərindən çıxan qızlar üçün yataqxana yaradılıb.

"Azərbaycanın on bir rayonunda ailələrə dəstək üzrə mərkəzlər yaradılır", - Hüseynova deyib.

"Son zamanlar Azərbaycanda qadın cinayətkarlığının səviyyəsi artıb, lakin araşdırmalar göstərir ki, cinayətlərdən çoxu ailə münaqişəsi zəmnində baş verir", - Hüseynova deyib.

"Bundan əlavə, uşaqlar və yeniyetmələr arasında intiharların səbəbi ən adi problemlərın həllini tapa bilməmələri ilə bağlı olur. Bu mərkəz qadın və uşaqlara dəstək göstərəcək və ailədaxili münaqişələri həll etməyə yardım edəcək", - komitə rəhbəri deyib.

Xəbər lenti

Xəbər lenti