...

Azərbaycanda MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturaya qəbul olunmaq üçün 423 bakalavr öz ərizəsini təsdiq etdirib

Cəmiyyət Materials 7 Dekabr 2009 16:27 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010-2011-ci illər üzrə ali məktəblərin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına və Azərbaycan Diplomatik Akademiyasının magistratura pilləsinə sənəd qəbulunu başa çatdırıb.
Azərbaycanda MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturaya qəbul olunmaq üçün 423 bakalavr öz ərizəsini təsdiq etdirib

Azərbaycan, Bakı, 07 dekabr / Trend , müxbir M.Əliyev/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010-2011-ci illər üzrə ali məktəblərin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına və Azərbaycan Diplomatik Akademiyasının magistratura pilləsinə sənəd qəbulunu başa çatdırıb. Bu barədə komissiyanın press-relizində deyilir.

Azərbaycanda MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturaya qəbul olunmaq üçün 423 bakalavr öz ərizəsini təsdiq etdirib.

Proqrama əsasən, 273 plan yeri üzrə müsabiqədə iştirak etmək üçün 423 bakalavr ərizəsini təsdiq etdirib. Onlardan 360 nəfəri MBA, 63 nəfəri isə TEMPUS proqramı üzrə magistraturaya sənəd verib.

Təhsilini Azərbaycan Diplomatik Akademiyasının magistraturasında davam etdirmək üçün 123 nəfər sənəd verib.

Ərizələrini təsdiq etdirmiş bakalavrlar yaxın vaxtlarda öz elektron ərizələrinə daxil olaraq birinci mərhələ üçün "İmtahana buraxılış vərəqəsi"ni çap edəcəklər.

Ali təhsil müəssisələrinin və akademiyanın magistratura pilləsinə sənəd qəbulu İnternet vasitəsilə həyata keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti