...

Azərbaycanda Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində sığortaolunanların sayı 8,6 faiz artıb

Cəmiyyət Materials 9 Dekabr 2009 11:00 (UTC +04:00)
Bu ilin 11 ayında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində sığortaolunanların sayı 140.029 nəfər artıb. Bu barədə çərşənbə günü Trend News-a fondun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev bildirib.
Azərbaycanda Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində sığortaolunanların sayı 8,6 faiz artıb

Azərbaycan, Bakı, 9 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Bu ilin 11 ayında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində sığortaolunanların sayı 140.029 nəfər artıb. Bu barədə çərşənbə günü Trend -a fondun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev bildirib.

"2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq görülən tədbirlər nəticəsində məcburi dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiq dairəsi daha da genişlənməkdədir. Fondunun fərdi uçot sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların sayı cari ilin əvvəli ilə müqayisədə 8,6 faiz (140 029 nəfər) artıb. Dekabrın 1-nə olan statistikaya əsasən, fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1.631 479 nəfərə çatıb. Onlardan 54,8 faizi (894 988 nəfər) kişi, 45,2 faizi (736 491 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar nisbətən daha çoxdur. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 27,1 faizini (442 850 nəfər) əhatə edir. Bundan başqa fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 21,9 faiz (357 394 nəfər), 30-40 yaşa kimi sığortaolunanlar 22,4 faiz (366 236 nəfər), 50-60 yaşa kimi sığortaolunanlar 20,1 faiz (327 269 nəfər), 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 20,1 faiz (137 730 nəfər) təşkil edir.

Fərdi uçot - Azərbaycan qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. "Əmək pensiyaları haqqında" Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Fond tərəfindən sığortaolunanlara dair ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatların qəbulu və emalı üçün zəruri tədbirlər həyata keçirilməkdədir. Fərdi uçot sistemində sığortaolunanlara dair ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə hesabatların qəbulu prosesi daha da sürətləndirilib və indiyə qədər qeydiyyatda olan 15 mindən artıq müəssisədə çalışanlar üzrə bu işlər yekunlaşdırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti