...

Bütün Qafqazın şeyxi sünni və şiyələri azanı eyni vaxtda verməyə çağırıb

Cəmiyyət Materials 15 Dekabr 2009 14:05 (UTC +04:00)
"Sünni və şiyələrin azanı eyni vaxtda verilməlidir. Azan vaxtı ilə bağlı təqvim hazırlanıb ki, azan eyni vaxta verilsin. Orda həm şiyə, həm sünni azan vaxtı nəzərə alınıb və ümid edirik ki, bu problem həll olunacaq".
Bütün Qafqazın şeyxi sünni və şiyələri azanı eyni vaxtda verməyə çağırıb

Azərbaycan, Bakı, 15 dekabr / Trend , müxbir T.Cəfərov/

Bütün Qafqazın şeyxi sünni və şiyələri azanı eyni vaxtda verməyə çağırıb.

"Sünni və şiyələrin azanı eyni vaxtda verilməlidir. Azan vaxtı ilə bağlı təqvim hazırlanıb ki, azan eyni vaxta verilsin. Orda həm şiyə həm sünni azan vaxtı nəzərə alınıb və ümid edirik ki, bu problem həll olunacaq" , - Trend -un məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının çərşənbə axşamı keçirilən iclasında QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.

Azərbaycanda bir çox məscidlərdə müxtəlif vaxtlarda azan verilir. Adətən sünnilər daha əvvəl, şiyələr isə ondan sonra azan verir.

Paşazadə əlavə edib ki, Azərbaycanda azan səsinə qadağa yoxdur, sadəcə tövsiyə olunub ki, azan səsi biraz aşağı səslə verilsin.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti