...

Azərbaycanın Teleradio Şurası bu il televiziya və radio məkanında müsbət dəyişikliklərin olduğunu açıqlayıb

Cəmiyyət Materials 22 Dekabr 2009 13:48 (UTC +04:00)
"2009-cu ildə iki regional televiziya kanalı açılıb. Bunlar Yevlaxdakı "El" TV və Şəki televiziyalarıdır. Bundan başqa, bu il "ATV international" telekanalı da fəaliyyətə başlayıb", - çərşənbə axşamı Trend News-a Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.
Azərbaycanın Teleradio Şurası bu il televiziya və radio məkanında müsbət dəyişikliklərin olduğunu açıqlayıb

Azərbaycan, Bakı, 22 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Teleradio Şurasının sədri bildirib ki, bu il Azərbaycanın televiziya və radio məkanında xeyli müsbət dəyişikliklər olub.

"2009-cu ildə iki regional televiziya kanalı açılıb. Bunlar Yevlax şəhərindəki "El" TV və Şəki televiziyalarıdır. Bundan başqa, bu il "ATV international" telekanalı da fəaliyyətə başlayıb", - çərşənbə axşamı Trend -a 2009-cu ilin yekunlarına dair açıqlama verən Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanda 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir.

Məhərrəmlinin sözlərinə görə, bu il Azərbaycan teleməkanındakı mövcud durum da cəmiyyətin ciddi müzakirəsinə səbəb olub.

"Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin məqaləsi və bununla bağlı çoxsaylı müzakirələr teleradio yayımına ictimai diqqəti daha da artırdı. Bu, çox normaldır və belə də olmalıdır. Çünki televiziya və radio yayımı sahəsi ictimaiyyətin daim diqqət mərkəzində olmalıdır", - şura sədri əlavə edib.

Onun fikrincə, teleraido sahəsində görüləsi işlər də çoxdur. "Hesab edirəm ki, 2009-cu ildə bu sahəyə ictimai diqqətin artması gələcəkdə yeni keyfiyyət dəyişiklikləri ilə nəticələnəcək", - Məhərrəmli vurğulayıb.

Regional televiziyaların hər hansı birinin gələcəkdə bütün ölkə ərazisində yayımlanması ehtimalına gəldikdə, Məhərrəmli deyib ki, bu, praktiki cəhətdən mümkündür.

"Dünyada belə faktlar çoxdur. Amma Azərbaycan ərazisi və əhalisi baxımından o qədər böyük ölkə olmadığından, reklamla, auditoriya ilə bağlı məsələlər də nəzərə alınmalıdır. Zənnimcə, bu məsələ ilə bağlı tələsməyə ehtiyac yoxdur", - o deyib.

Şura sədrinin sözlərinə görə, regional kanallar həm maddi-texniki bazası, həm kadr potensialı, həm də verilişlərinin keyfiyyəti baxımından elə səviyyəyə çatmalıdır ki, məsələ gündəmə gəlsin.

2010-cu illə bağlı gözləntilərinə gəlincə, Məhərrəmli deyib ki, telekanallarda daha çox maarifləndirici verilişlərin artacağı gözləniləndir. "Şou xarakterli verilişlərin azalacağını və maarifləndirici, keyfiyyətli verilişlərin artacağını gözləyirik", - Şura sədri əlavə edib.

Məhərrəmli yeni telekanalların açılmasını da mümkün sayıb. "Bu, dinamik prosesdir. Yeni telekanal açıla bilər, ancaq yeni telekanalın açılması zərurətini görmürük", - Məhərrəmli deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti