...

Bakıda Mərkəzi və Şərqi Avropada kommunizmin süqutunun 20 illiyinə həsr olunmuş sərgi açılıb

Cəmiyyət Materials 22 Dekabr 2009 14:28 (UTC +04:00)
Bu gün Bakı Slavyan Universitetinin Polşa dili və mədəniyyəti mərkəzində Mərkəzi və Şərqi Avropada kommunizmin süqutunun 20 illiyinə həsr olunmuş "Həmrəyliyin 10 illiyi" adlı sərginin açılışı olub. Polşanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi sərginin açılışında Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski iştirak edib.
Bakıda Mərkəzi və Şərqi Avropada kommunizmin süqutunun 20 illiyinə həsr olunmuş sərgi açılıb

Azərbaycan, Bakı, 22 dekabr / Trend , müxbir T. Konyayeva/

Bu gün Bakı Slavyan Universitetinin Polşa dili və mədəniyyəti mərkəzində Mərkəzi və Şərqi Avropada kommunizmin süqutunun 20 illiyinə həsr olunmuş "Həmrəyliyin 10 illiyi" adlı sərginin açılışı olub. Polşanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi sərginin açılışında Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski iştirak edib.

Krayevski mütəqillik əldə etmək prosesində Polşanın çətin yol keçdiyini qeyd edərək, həmçinin 1990-cı il yanvarın 20-də Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların qarşısında baş əydiyini deyib.

Sərgidə arxiv fotoları, plakatlar, rəsmlər və 1980-cı illərin sonundakı hadisələri əks etdirən faktlar nümayiş olunub.

Xəbər lenti

Xəbər lenti