...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmaların qeydiyyat müddətinin artırılmayacağını bəyan edib

Cəmiyyət Materials 28 Dekabr 2009 17:31 (UTC +04:00)
Dövlət Komitəsinin şöbə rəisi Gündüz İsmayılov bazar ertəsi Trend News-a bildirib ki, müddətin uzadılmasından söhbət gedə bilməz.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmaların qeydiyyat müddətinin artırılmayacağını bəyan edib

Azərbaycan, Bakı, 28 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmaların qeydiyyat müddətinin artırılmayacağını bəyan edib.

"Bu müddət qanunda qoyulub və qanuna dəyişiklik etmək yalnız Milli Məclisin səlahiyyətində olan məsələdir. Qanunun tələbini yerinə yetirmək üçün dini icmaların kifayət qədər vaxtı olub", - Dövlət Komitəsinin şöbə rəisi Gündüz İsmayılov bazar ertəsi Trend -a bildirib.

Trend -un arayışı: Azərbaycan Parlamentinin ötən sessiyasında "Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər edilib.

Əlavələrə görə, Azərbaycan Konstitusiyasının 18-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağan olunur. Digər əlavəyə görə, bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə biləcəklər. İlin sonuna kimi dini qurumlar yenidən dövlət qeydiyyatından keçməlidir.

İsmayılovun sözlərinə görə, yenidən və ilkin qeydiyyatla bağlı Komitəyə 600-dən yuxarı dini icma müraciət edib. O bildirib ki, təkrar qeydiyyat üçün yanvarın 1-dək müraciət etməyən dini icmaların ləğv edilməsi üçün məhkəməyə müraciət olunacaq.

İsmayılovun sözlərinə görə, indiyədək 120 dini icma yenidən və ilkin qeydiyyata alınıb. Hazırda 400-dən artıq dini icmanın müraciətinə baxılır.

Qeydiyyat üçün müraciət etməyən dini icmalar arasında Nərimanov rayon dindarlarının dini icması, İlahiyyat məscidi dini icması və Şəhidlər məscidi dini icması da var.

Ötən il Azərbaycanda 102 dini icma qeydiyyatdan keçib və bununla da ölkədə dini qurumların sayı 534-ə çatıb.

Xəbər lenti

Xəbər lenti