...

Azərbaycanın "Qarabağ" klubunun futbolçusu Vaqif Cavadovun Hollandiyanın "Tvente" klubuna transferi ilə bağlı tədbir keçirilib

Cəmiyyət Materials 14 Yanvar 2010 16:40 (UTC +04:00)
Azərbaycanın “Qarabağ” futbol klubunun oyunçusu Vaqif Cavadovun Hollandiyanın “Tvente” klubuna transferi ilə bağlı bu gün tədbir keçirilib.
Azərbaycanın "Qarabağ" klubunun futbolçusu Vaqif Cavadovun Hollandiyanın "Tvente" klubuna transferi ilə bağlı tədbir keçirilib

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir F.Hüseynli/

Azərbaycanın "Qarabağ" futbol klubunun oyunçusu Vaqif Cavadovun Hollandiyanın "Tvente" klubuna transferi ilə bağlı bu gün tədbir keçirilib.

Trend -un məlumatına görə, tədbirdə "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Cavadova uğurlar arzulayıb və "Tvente"də də başarılı olacağına inandığını deyib.

AFFA-nın baş katibi Elxan Məmmədov isə çıxışında Cavadovun "Tvente"yə keçidini futbolumuzun ən böyük transferi adlandırıb.

"Bu, futbol tariximizin ən böyük transferidir. Vaqif Cavadovun "Tvente" kimi kluba keçməsində "Qarabağ"ın da böyük əməyi var", - AFFA-nın baş katibi əlavə edib.

Tədbirdə Vaqif Cavadovun vurduğu qolların yer aldığı videoçarx qonaqlara nümayiş etdirilib. Cavadov isə tədbirə "Tvente"nin idman formasında qatılıb. Cavadov çıxışında deyib ki, Hollandiyada təkcə özünü deyil, bütün Azərbaycanı təmsil edəcək.

"Bu səviyyə çatmağıma görə "Qarabağ"a təşəkkür edirəm. Mən həmişə demişəm ki, bu komandanın heyətində səviyyəli futbolçular yetişə bilər və bundan sonra da yetişəcəyinə inanıram. "Tvente"də təkcə özümü deyil, "Qarabağ" və ümumilikdə Azərbaycanı təmsil edəcəyimi dərk edirəm, bu da məsuliyyətimi artırır", -Cavadov əlavə edib.

Millət vəkili, "Qarabağ"ın fəxri prezidenti Aqil Abbas isə çıxışında Ağdam klubunun ağır günlərindən, eləcə də qazandığı uğurlardan bəhs etdi. Abbas futbolçunun Hollandiyada ölkəmizi layiqincə təmsil edəcəyinə və daha böyük uğurlar qazanacağına inandığını bildirib.


"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid isə çıxışında deyib ki, Cavadovun transferitəkcə futbol yox, həm də siyasi bir aksiyadır.

"Vaqifə məsləhətim odur ki, "Tvente"də döyüşməyə çıxsın", -Məcid əlavə edib.

Xəbər lenti

Xəbər lenti